Hərbçilərimiz əsir düşməyib - Açıqlama

Hərbçilərimiz əsir düşməyib - Açıqlama
  24 İyun 2015    Oxunub:4650
Ermənistan Azərbaycan Silahlı Qüvvələrinin itkin düşmüş hesab edilən iki hərbçisi barədə məlumat yayıb.

Ans news.am-a istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan Azərbaycan hərbçilərinin onlara əsir düşmədiyini bildirib.

“Azərbaycan hərbçilərinin azması istisna deyil. Azərbaycan tərəfdən Beynəlxalq Qırmızı Xaç Komitəsinin İrəvan ofisinə edilən müraciət belə deməyə əsas verir. Bu gün saat 16:00 radələrində Qırmızı Xaçın İrəvan ofisindən bizə müraciət edilərək, Azərbaycan silahlı qüvvələrinin Tavuş vilayətinin Vazaşen kəndi istiqamətindəki mövqelərinin qarşısındakı zolaqdan mina partlayışında yaralandığı ehtimal edilən iki azərbaycanlı hərbçinin cəsədinin çıxarılmasına təminat verilməsini xahiş edib.

Biz dərhal belə təminat verdik. Ancaq qarşı tərəfin hansı addım atdığı bizə məlum deyil. Bəyan edirik ki, Ermənistan tərəfində heç bir Azərbaycan hərbçisi keçməyib”.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda kiçik serjant Musa Sabir oğlu Musayevin və Tural Sabir oğlu Yolçuyevin azaraq təmas xətttini keçdiyi deyilir


Teqlər:





Xəbər lenti