Leyla Yunusun qızının çirkin yalanı

Leyla Yunusun qızının çirkin yalanı
  24 İyun 2015    Oxunub:6154
“Leyla Yunusun qızı Dinara Yunusova Avropa Şurasına müraciət edərək anasının gözünün çıxarıldığını, atası Arif Yunusun həbsdə öldüyünü bildirib. Bu tamamilə yalan məlumatdır. Avropa Oyunları öncəsi belə bir məlumat yaymaq ölkəmizə qarşı çirkin təxribatdır”

Bunu AzVision.az-a açıqlamasında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov deyib.

Qeyd edib ki, D.Yunusovanın müraciəti tamamilə yalandır: “Bu Azərbaycana qara yaxmaqdan başqa bir şey deyil. Mən hər ay Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında monitorinqlər keçirirəm və orada saxlanılan Arif Yunusun səhhəti ilə mütəmadi olaraq maraqlanıram. Arif Yunus infakt keçirməyib. Onun tibbi kartı ilə tanış olmuşam. Həkimi ilə də söhbət etmişəm. Həkim səhhətində heç bir problemin olmadığını deyir. Onun təzyiqlə bağlı yüngül bir problemi var”.

Hüquq müdafiəçisinin sözlərinə görə, Leyla Yunusun səhhəti normaldır, hər hansı problem yoxdur.

“Bu müraciətdən sonra Leyla Yunusla da maraqlandım. Bakı İstintaq Təcridxanasından bildirdilər ki, hər şey qaydasındadır. Onun səhhəti ilə bağlı yayılan məlumatlar da boş-boş cəfəngiyyatdır”.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti