Dəhşətli istilər davam edəcək - Proqnoz

Dəhşətli istilər davam edəcək - Proqnoz
  24 İyun 2015    Oxunub:4135
İyunun 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan AzVision.az-a bildirilib ki, paytaxtda sabah gündüz cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26, gündüz 32-37 dərəcə isti olacaq.

Bölgələrdə isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 37-42, dağlıq və dağətəyi rayonlarda gecə 16-21, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.


Teqlər:  



Xəbər lenti