`Sarkisyan hakimiyyəti çökəcək` - Politoloqdan şərh

`Sarkisyan hakimiyyəti çökəcək` - Politoloqdan şərh
  24 İyun 2015    Oxunub:3684
“Serj Sarkisyan geriyə addım atacaqsa, onda Ermənistanın elektrik şəbəkəsi tamamilə iflic vəziyyətinə düşəcək”.

Bunu AzVision.az-a açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov deyib.

Onun sözlərinə görə, Ermənistanı elektrik enerjisi ilə təmin edən Rusiya şirkəti elan edib ki, bu qiymət artımı baş vermədiyi halda elektrik enerjisinin verilməsinə təminat vermir.

“Bu hal Serj Sarkisyan hökumətinin çökməsinə gətirib çıxaracaq. Sarkisyan nümayişçiləri dinc yolla sakitləşdirməyi bacarmasa, qan tökməkdən də çəkinməyəcək”.

Qeyd edək ki, bir neçə gündür Ermənistanda kütləvi etiraz aksiyaları keçirilir. İrəvan sakinləri elektrik enerjisi qiymətlərinin qaldırılmasına etiraz edirlər.

Anar Kəlbiyev


Teqlər:



Xəbər lenti