Qəzada ölən Britaniya vətəndaşı ilə bağlı Açıqlama

Qəzada ölən Britaniya vətəndaşı ilə bağlı Açıqlama
  24 İyun 2015    Oxunub:4034
FiveCurrents” dərin kədərlə təsdiq edir ki, 23 iyun tarixində Bakının Heydər Əliyev prospektində baş verən yol qəzasında yaradıcı heyətin bir üzvü dünyasını dəyişib.
Bu barədə Bakı2015 Avropa Oyunları Əməliyyat Komitəsindən məlumat verilib.

Komandanın həmin üzvü Bakı 2015 mərasimlərin təşkili şirkəti olan “FiveCurrents”də müqavilə əsasında çalışan Britaniya vətəndaşıdır.

Baş vermiş qəzadan dərhal sonra komandanın digər üç üzvünə də xəstəxanada yardım göstərilib. Sonra tibbi müayinə ala bilmələri üçün onlar öz vətənlərinə göndəriləcəklər:

"Biz xəsarət alanlara tibbi yardımın və konsulluq xidmətlərinin göstərilməsində böyük köməyi olan Bakı 2015 Təşkilat Komitəsinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və Böyük Britaniyanın Bakıdakı Səfirliyinə öz minnətdarlığımızı bildiririk".


Teqlər:  



Xəbər lenti