Şamaxı Rəsədxanasının direktoru işdən çıxarıldı

Şamaxı Rəsədxanasının direktoru işdən çıxarıldı
  24 İyun 2015    Oxunub:3441
AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında akademiyanın strukturunda bəzi kadr dəyişiklikləri müzakirə olunub.
AzVision.az Report-a istinadən xəbər verir ki, dəyişikliyə əsasən AMEA-nın müxbir üzvü Əyyub Quliyev akademiyanın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru vəzifəsindən azad edilib.

Qərara əsasən, AMEA-nın müxbir üzvü Namiq Cəlilov Rəsədxananın direktor vəzifəsini icra edən təyin olunub.

Eyni zamanda, akademik Adil Qəribov AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru vəzifəsindən azad edilib.

Fizika üzrə elmlər doktoru Oqtay Səmədov institutun direktoru vəzifəsini icra edən təyin olunub.



Teqlər:





Xəbər lenti