Ermənilərlə dostluq edənlər - ADLAR

Ermənilərlə dostluq edənlər - ADLAR
  24 İyun 2015    Oxunub:9306
Özünü demokratik qüvvələrin Milli Şurası adlandıran qurum yarandığı gündən indiyədək ermənilərə xüsusi rəğbəti ilə seçilir. Radikal müxalifətçilər Azərbaycan əleyhinə olan bütün məsələləri dəstəkləyir, ölkənin nüfuzuna xələl gətirən istənilən varianta əl atırlar/

Bu xüsusda Milli Şura şinelinə girən narazılar ermənilərə dost deyib, onları qardaş kimi qəbul etdiklərini etiraf edirlər.


Başlayaq Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovdan. Hər zaman ermənilərə xüsusi simpatiyası ilə seçilən bu adam hesab edir ki, ermənilər azərbaycanlıların düşməni deyil.

SİTAT: “Ancaq mən səmimi qəlbdən əminəm ki, biz erməni xalqı ilə düşmən deyilik və gec-tez mütləq barışacağıq. Ermənistan və Azərbaycan xalqları baş verənlərə görə günahkar deyillər”.

Ancaq, Rüstəm İbrahimbəyovun bitməyən erməni sevgisini etiraf etməsi ilk dəfə deyil. Məhz bu şəxs 2008-ci ildə Rusiya mətbuatına verdiyi müsahibədə də bu sevgisini gizlətməmiş, ermənilərə rəğbət bəslədiyini vurğulamışdı. Həmin müsahibədən sonra da Azərbaycan cəmiyyəti ona haqlı nifrətini bildirdi. Bu gün də Rüstəm İbrahimbəyovun ən yaxın silahdaşları məhz ermənilərdir.

Milli Şuranın sədri Cəmil Həsənli İbrahimbəyova dəstək verməklə bir daha əsl xislətinini ortaya qoydu. O zaman belə bir sual ortaya çıxır. Bu adam “Sevgili millət, uca xalq” xitabı ilə hansı xalqa müraciət edir?

Çox maraqlıdır erməniləri düşmən hesab etməyən biri necə Azərbaycan xalqına “sevgili millət, uca xalq” deyə müraciət edə bilir?

Məgər günahsız azərbaycanlıları qətlə yetirən, insanları evlərindən didərgin salan İbrahimbəyovun erməni dostları olmayıbmı?

Özünü cəmiyyətə tarixçi kimi təqdim edən Cəmil Həsənli də yaxın tarixi göz yumaraq unudub, böyük patronu kimi bu xitabında ermənilərə müraciət edir və onlarla həmrəy olduğunu bildirir.

Təəssüf ki, Milli Şura adlı qurumun müdafiə etdiyi şəxslər arasında ermənilərə simpatiya bəsləyənlər də az deyil.

Məsələn Əkrəm Əylisli də “Daş yuxular”ında ermənilərə olan məhəbbətini nümayiş etdirmişdi.

SİTAT: “Erməni olsaydım, bundan xəcalət çəkməzdim”.

Haqlı olaraq cəmiyyət Əkrəm Əylisliyə etirazını bildirdi və o qazandığı bütün titullardan məhrum edildi.

Bundan başqa “Ayna və Zerkalo” qəzetlərinin əməkdaşı Rauf Mirqədirov da ermənilərlə iş birliyinə görə həbs edilib.

Barəsində vətənə xəyanət maddəsi ilə cinayət işi açılan Mirqədirov 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək onların tapşırıqları əsasında Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparılmasında istifadə üçün ölkədəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət, həmçinin dövlət sirri təşkil edən digər məlumatları fotoşəkilllər və sxemlər vasitəsilə düşmənə ötürürmüş.

Mirqədirovun bu əməlləri istintaq yekunlaşdıqdan sonra tam məlum olacaq və o zaman onun ermənilərə satılmasından daha geniş şəkildə bəhs edəcəyik.

Politoloq Zərdüşt Əlizadə də erməni ekspertlərlə yaxın münasibətlərə malikdir. Bunu onun “xalq diplomatiyası” adı altında erməni ekspertlərlə görüşləri təsdiqləyir.

Azərbaycan əleyhinə çirkin oyunlara girən jurnalist Xədicə İsmayıl da xüsusi erməni sevgisi ilə yaşayanlardandır. Hətta məlumatlara görə, Xədicə İsmayılın anası mənşəcə ermənidir. Ancaq, bu faktın doğru olub-olmamasından asılı olmayaraq erməniləri mədh etmək, onlarla birgə aksiya keçirmək ermənilərə rəğbətin göstəricisidir.

Yaxın keçmişdə ATƏT-in Varşavada təşkil olunan tədbirində Xədicə İsmayıl hüquq müdafiəçisi Əhməd Şahidovun çıxışı zamanı erməni həmkarlarını onu boykot etməyə çağıraraq, ermənilərlə birgə azərbaycanlı hüquq müdafiəçisinə arxa çevirib, etiraz etmişdi.

Belə faktların sayını uzatmaq olar. Amma, Xədicə İsmayılın erməniləri belə addım atmağa çağırması hər şeyi təsdiq edir. Bundan əlavə barəsində cinayət işi açılan Xədicə İsmayılı təkcə onun müxalifətdəki mövqedaşları deyil, erməni dostları da sosial şəbəkələr vasitəsilə müdafiə edərək cinayətkara siyasi məhsub donu geyindirməyə çalışırlar.

Milli Şuranın əsas qurucularından olan “El” hərəkatının rəhbəri Eldar Namazovun da ermənilərlə sıx əlaqəyə malik olduğu bildirilir.

Xatırlayırsınızsa, Namazov Finlandiyada Ermənistanın keçmiş milli təhlükəsizlik naziri David Şahnazaryanla Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın xeyrinə olan birgə bəyanata imza atıb. Bu sənədi yuxarıda ermənilərlə əməkşalıq etdiyini qeyd etdiyimiz Zərdüşt Əlizadə də imzalayıb.

Azərbaycanda erməni sevgisi ilə alışıb yanan şəxslərin önündə gələnlər isə Leyla və Arif Yunusovlardır.

Onların məlum erməni sevgisi AXC hakimiyyətinə gedib çıxır. Belə ki, həmin dövrdə Müdafiə Nazirliyində vəzifə verilən Leyla Yunus bu statusundan istifadə edərək ermənilərin maraqlarına xidmət edən addımlar atıb.

Yunusov ailəsinin ermənilərlə yaxın təmaslarının olması heç kimə sirr deyil. Onların Ermənistanda çoxlu sayda dostları var. Hüquq müdafiəçisi pərdəsi altında çirkin işlərə bulaşan Leyla Yunus həbsindən əvvəl “Siyasi məhbus” kartından istifadə edərək küllü miqdarda pullar qazanırdı. Bu pullar isə ona erməni lobbisi və ya onların maliyyələşdirdiyi təşkilatlar tərəfindən ayrılırdı.

Eyni zamanda Leyla Yunus və Arif Yunus fəaliyyətinin bütün dövrlərində antimilli, antiazərbaycan mövqeyi ilə tanınıb. Leyla Yunus hər zaman etiraf edib ki, onun təşkilatı, həmçinin, özü və əri illərdir ermənilərlə işbirliyindədir, müttəfiqdirlər. Məhz bu cür faktlar bir daha sübut edir ki, nə Leyla Yunusda, nə də Arif Yunusda milli təəssübkeşlik, milli mənafe, milli maraq prinsipləri haqqında təsəvvür var.

Yunusovlar “xalq diplomatiyası” adı altında Ermənistanın qeyri-hökumət təşkilatları ilə birgə Azərbaycanın zərərinə olan işbirliyində, dövlətə xəyanət və dələduzluqda ittiham olunaraq həbs ediliblər.

Uzun illərdir Amerikada yaşayan müxalifətçi, eks-spiker Rəsul Quliyev hesab edir ki, ermənilərin bizim düşmənimiz deyil. Bu baxımdan o, düşmənə nifrət etmədiyini sosial şəbəkələr vasitəsilə açıq-aşkar bəyan etməklə əsl simasını göstərmiş oldu.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti