Ermənistanda bir neçə şəhər ayağa qalxdı
Bu gün “Oğurluğa yox!” təşəbbüs qrupunun üzvü Vaqinak Şuşanyan iştirakçılara qeyd edib ki, iyunun 24-ü saat 18:00-da Araqasotnedə də mitinqin baş tutacağı gözlənilir.
Şuşanyan, həmçinin vurğulayıb ki, elektrik enerjisi tariflərinin artırılmasına qarşı etiraz aksiyasına Los Anceles, Strasburq, Fransa və Almaniyanın bir neçə şəhəri daxil olmaqla, xaricdə fəaliyyət göstərən erməni icmaları da qoşulublar.
Hazırda aksiyaların keçirildiyi İrəvanın Baqramyan prospektinə əlavə təhlükəsizlik qüvvələri cəlb olunub. Polislər dəyənək və alüminium qalxanlarla silahlanıblar. Etirazçıların toplaşdığı ərazilərdə küçə işıqlandırılması söndürülüb.
Qeyd edək ki, iyunun 22-i axşam saatlarından etibarən İrəvanda minlərlə sakin Serj Sarkisyanın iqamətgahı yerləşən Baqramyan prospektini bağlayıblar.
Paytaxt sakinləri elektrik enerjisi qiymətlərinin qaldırılmasına etiraz ediblər.
Eldar Tanrıverdiyev
Azvision.az