Suda batan iki nəfər xilas edilib

Suda batan iki nəfər xilas edilib
  24 İyun 2015    Oxunub:2222
Azərbaycanda suda batan iki nəfər xilas edilib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, faktlar Yevlax şəhərində Kür çayında (“Yevlax” sularda xilasetmə məntəqəsindən təxminən 3 km məsafədə, nəzarət olunmayan ərazidə) və Mingəçevir şəhəri, Mingəçevir su anbarında (sularda xilasetmə məntəqəsindən təxminən 1800 m məsafədə, nəzarət olunmayan ərazidə) qeydə alınıb.

Hər iki ərazidə batmaq təhlükəsi ilə üzləşən 2 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub.

AzVision.az


Teqlər:



Xəbər lenti