`Azərbaycanda fəaliyyətimizi genişləndirəcəyik`

`Azərbaycanda fəaliyyətimizi genişləndirəcəyik`
  24 İyun 2015    Oxunub:2829
“Türkiyəyə səfərimin başlıca məqsədi ElanExspo şirkətinin fəaliyyətinin Azərbaycanda genişləndirilməsidir”. Bunu şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri, Dövlətlərarası Media və Diplomatiya Mərkəzinin vitse-prezidenti İlkin Abdiyev deyib.

Onun sözlərinə görə, Türkiyə səfəri çərçivəsində Azərbaycan və Azərbaycan gəncliyi adına olduqca böyük işlər müzakirə olunacaq: “Hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı, əsasən də iş adamının başlıca məqsədi xarici investorların Azərbaycana sərmayə yatırmasına nail olmaqdır. Azərbaycan neftlə zəngin dövlət olmaqla yanaşı, əlverişli coğrafi mövqeyinə görə də xarici investorların diqqət mərkəzindədir. İş adamları Azərbaycanın bu özəlliyindən yararlanmalı və Azərbaycana xarici investorların sərmayə yatırmasına nail olmaqla müəyyən divident qazandırmalıdır. Türkiyə səfərindən sonra ElanExspo-nun Azərbaycan nümayəndəliyi öz işinə daha ciddi və əhatəli şəkildə start verəcək”.

İlkin Abdiyev eyni zamanda Dövlətlərarası Media və Diplomatiya Mərkəzinin vitse-prezidenti vəzifəsinə təyinatı və görəcəyi işlərlə bağlı danışıb: “Bu vəzifə mənim çiyinlərimə daha çox məsuliyyət qoyur. Amma eyni zamanda da, olduqca şərəfli bir işdir. Mərkəz bir ildən artıqdır fəaliyyət göstərsə də, hesab edirəm, qurduğu beynəlxalq mətbuat əlaqələri ilə öz sözünü deyib. Bu gün DMDM bir çox ölkələrin mətbuatı ilə əməkdaşlıq edir. Türkiyə səfərim çərçivəsində əsas məslələrdən biri Dövlətlərarası Media və Diplomatiya Mərkəzinin Türkiyə Azərbaycan Media Forumu layihəsinə start verməkdir. Bu yöndə Türkiyənin bir sıra ünli simaları ilə görüşlərim nəzərdə tutulur”.


Teqlər:





Xəbər lenti