Ebola Afrikanı qırır - 11207 ölü

Ebola Afrikanı qırır - 11207 ölü
  25 İyun 2015    Oxunub:2294
Qərbi Afrika ölkələrində Ebola virusunun səbəb olduğu xəstəliklərdən ölənlərin sayı 11207 nəfərə, yoluxanların sayı isə 27 434 nəfərə çatıb.
Bu rəqəmlər Dünya Səhiyyə Təşkilatının növbəti açıqlamasında göstərilib.

AzVision.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, təşkilatın məlumatına görə, Ebola virusunun yaratdığı epidemiya nəticəsində Liberiyada 4806 nəfər ölüb, 10666 nəfər isə yoluxub.

Bundan başqa Mali, Nigeriya, Seneqal, İspaniya, Böyük Britaniya və ABŞ-da da Ebola virusuna yoluxma halları qeydə alınıb.

Qeyd edək ki, ilk dəfə 1976-cı ildə baş qaldırmış Ebola virusu həmin vaxt 5826 nəfərin həyatına son qoymuşdu.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti