Zakir Həsənov göstəriş verdi

Zakir Həsənov göstəriş verdi
  25 İyun 2015    Oxunub:4766
Silahlı Qüvvələr Günü münasibətilə silsilə tədbirlər keçirilir.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən Silahlı Qüvvələrin yaradılmasının 97-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı təhsil müəssisələri və qarnizon (Bakı, Gəncə, Lənkəran və Naxçıvan) zabitlər evlərində tədbirlər planlaşdırılıb.

Plana uyğun olaraq Şəhidlər Xiyabanları ziyarət olunur, Silahlı Qüvvələr və müharibə veteranlarının şəxsi heyətlə görüşləri təşkil edilir, yerli icra hakimiyyəti rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, veteran təşkilatlarının, mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə silsilə mədəni-kütləvi tədbirlər keçirilir.

Bununla yanaşı, şəxsi heyətin təntənəli keçidləri, hərbi orkestrlərin parklarda çıxışları, ordu haqqında filmlərin nümayişi və digər silsilə tədbirlər keçirilir.


Teqlər:



Xəbər lenti