NTV kanalı xalqdan üzr istədi

NTV kanalı xalqdan üzr istədi
  04 İyun 2013    Oxunub:1514
“Tamaşaçılarımız özlərini xəyanətə məruz qalmış hiss etdilər”
Doğuş Yayım Qrupunun baş icraçı direktoru Cem Aydın Gezi Parkındakı aksiyalarla bağlı telekanalda balansı saxlaya bilmədiyi üçün Türkiyədən üzr istəyib. AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, onun bu açıqlaması social mediada da böyük əsk-sədaya səbəb oldu.

“Yaşanan son hadisələr bütün medianı olduğu kimi NTV-nin əməkdaşlarını da üzdüyünü bilirəm. Tənqidlər çox haqldır. Bunu nəyəsə görə deyil, vicdanımla deyirəm. Peşə fəaliyyətimizlə əlaqədar olaraq, bizim işimiz odur ki, həqiqəti necə varsa, elə də efirə verək. Pozulmuş balansın içində balans axtarmaq bütün mediada olduğu kimi bizə də təsir etdi. Tamaşaçılarımız özlərini xəyanətə məruz qalmış hiss etdilər, bu məsələdə onları haqsız hesab etmək mümkün deyil.

Qeyd edək ki, dünən twitter sosial şəbəkəsində təşkil olunan bir qrup NTV-nin studiyalarına hücum etmişdilər.


Teqlər:  





Xəbər lenti