Prezident açılışda iştirak etdi - Fotolar

Prezident açılışda iştirak etdi - Fotolar
  25 İyun 2015    Oxunub:4907
Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Hərbi Dəniz Qüvvələri bazasının açılışında iştirak edib.

AzVision.az-ın məlumatına görə, dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsinin qarşısına gül dəstəsi qoyub.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə raport verib.
Prezident İlham Əliyev Dəniz Qüvvələri bazasının baş planına baxıb.

Azərbaycan Prezidenti rəmzi açılışı bildirən lenti kəsib. Sonra dövlət başçısı şəxsi heyətlə görüşüb. Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi Şahin Məmmədov dövlət başçısına raport verib. Prezident, Ali Baş Komandan İlham Əliyev mərasimdə nitq söyləyib.

Sonra dövlət başçısı Hərbi Dəniz Qüvvələrinin bazasında yaradılmış şəraitlə tanış olub.

AzVision.az

Qalereya




Teqlər:  



Xəbər lenti