Bağlanış günü hava necə olacaq?

Bağlanış günü hava necə olacaq?
  25 İyun 2015    Oxunub:2605
İyunun 26-dan 28-dək Abşeron yarımadasının bəzi yerlərində şimşək çaxacağı, yağış yağacağı, bəzi yerlərdə lokal leysan xarakteri alacağı, dolu düşəcəyi ehtimal olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, iyunun 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Abşeron yarımadasında havanın temperaturu gecə 22-26˚, gündüz 31-36˚ isti olacaq.

Azərbaycanın rayonlarında da iyunun 26-da hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 20-25˚, gündüz 35-40˚, dağlarda gecə 15-20˚, gündüz 24-29˚ isti olacaq.


Teqlər:  



Xəbər lenti