“Euronews” Xınalığı belə təqdim etdi-VİDEO

“Euronews” Xınalığı belə təqdim etdi-VİDEO
  04 İyun 2013    Oxunub:1447
“Euronews” telekanalında “Azərbaycandamilli azlıqlara hörmət” mövzusunda süjet yayımlanıb
“Euronews”kanalı Azərbaycanda yaşayan azsaylı xalqlar haqqında reportaj hazırlayıb. “Azərbaycan: Qafqazın mədəniyyət mozaikası” adlı reportajda Azərbaycanda azsaylı xalqların olduqca mehriban yaşadıqları vurğulanıb. Süjetdə bildirilir ki, Qafqazda 50-dən artıq etnik qrup və müxtəlif dini inanclara malik insanlar birgə yaşayır.

Bu günlərdə Bakıda öz işini uğurla başa çatdırmış İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda din və ictimai xadimlərin müxtəlif mədəniyyət və dini münasibətlərlə bağlı problemləri müzakirə etmək məqsədi ilə bir araya gəldikləri də xüsusi vurğulanır.

“Avropalı tamaşaçılara Quba rayonunda dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşən Xınalıq kəndi barədə də geniş məlumat verilir. Süjetdən məlum olur ki, Xınalıq sakinlərinin həm Azərbaycan dilində, həm də öz dialektlərində danışmaları müəllifin xüsusi marağına səbəb olub. O, bu etnik qrupun tarixinin, mədəniyyətinin və dilinin qorunmasının vacibliyi qeyd edərək bildirir ki, Azərbaycanda onlara xüsusi qayğı göstərilir. Kəndə turistlərin də marağının çox olduğu və burda əcnəbilərin yaşadığı qeyd edilir.
Daha sonra Quba rayonundakı Qırmızı qəsəbəyə baş çəkən müəllif burada öz dillərində danışan, milli adət-ənənələrini qoruyub saxlayan yəhudilərə hörmətin şahidi olduğunu deyir. Qeyd edir ki, Azərbaycanda bütün xalqlar və etnik qruplar heç bir problemsiz, bir ailənin üzvləri kimi yaşayırlar.

Daha ətraflı məlumat üçün AzVision.az həmin reportajı təqdim edir:



Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti