Xəzər dənizi quruyur

Xəzər dənizi quruyur
  25 İyun 2015    Oxunub:3494
“Xəzər dənizinin səviyyəsi ötən illə müqayisədə təxminən 30 sm-dək enib”.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun aparıcı elmi işçisi Nazim Əhmədov məlumat verib. Onun sözlərinə görə, Xəzər dənizinin səviyyəsi 2005-ci ildən azalır. Bu proses 2009-cu ildən daha intensivləşməyə başlayıb.

N.Əhmədov bildirir ki, hazırda Xəzərin səviyyəsi okean səviyyəsindən - 28 metr aşağıdır. Mütəxəssis suyun səviyyəsinin azalmasının narahatlıq doğurduğunu deyib: “Suyun səviyyəsinin düşməsi onun özünü təmizləmə qabiliyyətini azaldacaq və canlıların həyat səviyyəsi aşağı düşəcək” .

Mütəxəssis, Xəzərdə suyun azalmasına iqlim, dəyişkənlik, tektonik amillər, çaylarda suyun səviyyəsinin azalması kimi faktorların da təsir etdiyini bildirir. N. Əhmədovun sözlərinə görə, proqnozlar Xəzərdə hazırda enmə dövrünün yaşandığını göstərir.
(Apa)


Teqlər:  



Xəbər lenti