`Özümü ikiqat xoşbəxt hiss edirəm` - Teymur Məmmədov
Bu sözləri AZƏRTAC-a müsahibəsində "Bakı-2015" birinci Avropa Oyunlarının boks yarışlarında Azərbaycan xalqına qələbə sevinci yaşadan ilk qızıl mükafatçımız Teymur Məmmədov deyib.
Final qarşılaşması barədə danışan Avropa Oyunlarının qalibi qeyd edib ki, döyüş o qədər də ağır keçmədi və mən rəqibimdən güclü idim.
Gələcək planları barədə danışan Avropa Oyunlarının çempionu məşqlərini davam etdirəcəyini vurğulayaraq deyib: "Qarşıma məqsəd qoymuşam ki, Olimpiadada iştirak edim. Dünya çempionatında lisenziya qazanmalıyam”.
Teymur Məmmədov deyib: "Məni bu günə qədər dəstəkləyən hər kəsə təşəkkür edirəm. Bu qələbəmdə azarkeşlərin də payı var. Yarımfinalda Rusiya idmançısına qalib gələndən sonra başa düşdüm ki, yalnız qələbə uğrunda mübarizə aparıb çempion olmalıyam".
Teqlər: