Obamadan Putinə tələb: Qoşunları çıxarın

Obamadan Putinə tələb: Qoşunları çıxarın
  26 İyun 2015    Oxunub:2630
ABŞ prezidenti Barak Obama Rusiya prezidenti Vladimir Putin ilə Ukraynadakı münaqişəni müzakirə edib.
Bu barədə AzVision.az `RİA Novosti`yə istinadən xəbər verir.

“Prezident Obama Rusiya qoşunlarının və texnikasının Ukraynadan çıxarılması daxil olmaqla Moskvanın Minsk sazişlərinin öhdəliklərinin yerinə yetirilməsinin vacibliyini qeyd edib”, deyə məlumatda bildirilir.

Məlumatda vurğulanır ki, telefon danışığı Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub.

Eldar Tanrıverdiyev
Azvision.az




Teqlər:  





Xəbər lenti