Ədliyyə Nazirliyinin səlahiyyəti azaldıldı
Dəyişiklik sənədinə əsasən, Ədliyyə Nazirliyinin insan alveri qurbanlarına hüquqi yardım göstərmə səlahiyyəti ləğv edilib.
Bundan başqa, dəyişiklikdə insan alverinin qarşısının alınması sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının qurbanlara hüquqi yardımın göstərilməsinə, o cümlədən onların sosial reabilitasiyasına və qurbanlar üçün xüsusi müəssisələrin (sığınacaq və yardım mərkəzi) fəaliyyətinin təşkil edilməsinə daha yaxından cəlb edilməsi nəzərdə tutulur. Həmçinin dəyişikliklərə xüsusi müəssisə tərəfindən insan alveri qurbanlarının sosial reabilitasiyası üzrə tədbirlərə müqavilə əsasında ştatdan kənar mütəxəssislərin cəlb еdilməsi, xüsusi müəssisədə insan alveri qurbanlarına göstərilən xidmətlərin nəticələrinin qeydə alınması və istifadəsi üçün konfidensial elektron məlumat bazasının yaradılması, İnsan alveri qurbanlarına kömək Fondu sədrinin hüquqi yardım göstərilməsi haqqında müqavilə bağlaması (məhkəmələrdə iddiaçı və cavabdeh kimi çıxış etmək, Fondun adından tələb və iddialar irəli sürmək üzrə) daxildir.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


