Masallı beynəlxalq festivala hazırdır

Masallı beynəlxalq festivala hazırdır
  04 İyun 2013    Oxunub:1198
Festivalda 14 folklor qrupu iştirak edəcək
İyunun 12-dən 15-nə qədər Masallıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş II Beynəlxalq Folklor Festivalı keçiriləcək.

Bu barədə Azvision.az-a Masallı rayon İcra Hakimiyyətindən məlumat verilib. Məlumata görə, festivalda Azərbaycan, Dağıstan, Gürcüstan, İran, Qazaxıstan, Latviya, Rusiya, Türkiyəni təmsil edən 14 folklor qrupu öz bacarıqlarını nümayiş etdirəcəklər. Ümumilikdə festivala 300 qonaq təşrif buyuracaq. Təşkilat məsələləri ilə bağlı hazırlıq işləri yekunlaşıb.

Qeyd edək ki, ötən il folklar festivalı 5 ölkənin iştirakı ilə keçirilib. Bu tədbirdən sonra Latviya və Qazaxıstan səfirləri təmsil etdikləri ölkələrin festivala qatılması üçün müraciət ediblər.

Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti