`ABŞ İŞİD-ə yardım edir` - Rusiyadakı səfir

`ABŞ İŞİD-ə yardım edir` - Rusiyadakı səfir
  27 İyun 2015    Oxunub:3752
Suriyanın Rusiyadakı səfiri Riad Həddad beynəlxalq koalisiyanı İŞİD-lə mübarizədə effektiv saymır.
Azərtac İnterfax informasiya agentliyinə istinadla xəbər verir ki, səfirin sözlərinə görə, bir il bundan əvvəl koalisiya fəaliyyətə başlayarkən İŞİD Suriyanın və İraqın kiçik bir hissəsinə nəzarət edirdi. Ötən müddətdə isə qruplaşma yeni ərazilər ələ keçirib və bu, ABŞ-ın İŞİD-ə dəstək verməsinin ən böyük sübutudur.

Koalisiya və onun İŞİD-ə qarşı müharibəsini yalan adlandıran Riad Həddad İŞİD-in Amerikanın əlində alət olduğunu vurğulayıb. “Dəməşqlə İŞİD əleyhinə koalisiya arasında qarşılıqlı əlaqə mövcud deyil. Eyni zamanda, bizim terrorla mübarizədə Rusiya və İranla effektiv əməkdaşlığımız var. Bu əməkdaşlıq davam edir və Suriyada terrorizm məhv edilənə qədər dayandırılmayacaq” - deyə səfir əlavə edib.


Teqlər:  





Xəbər lenti