Avropa Oyunlarının son günü - SİYAHI

Avropa Oyunlarının son günü - SİYAHI
  28 İyun 2015    Oxunub:3313
Bu gün ilk Avropa Oyunları çərçivəsində yarışlara yekun vurulacaq.
Sonuncü gün badminton, çimərlik futbolu, BMX, cüdo və voleybol yarışları keçiriləcək.

9 dəst medal oynanılacaq: üç - badminton, bir - çimərlik futbolu, iki - BMX, iki - cüdo və bir medal isə voleybol yarışları üzrə.

Azərbaycan idmançıları son gün keçirilən yarışlarda iştirak etməyəcəklər.

Qeyd edək ki, bu gün axşam saatlarında Milli Olimpiya Stadionunda ilk Avropa Oyunlarının təntənəli bağlanış mərasimi keçiriləcək.

28 iyun

10:00. Cüdo
Komanda yarışları
Heydər Əliyev adına İdman Arenası

10:30. Voleybol
Kişilər, 3-cü ye uğrunda oyun
Bakı Kristal Zalı

11:30. Çimərlik futbolu
7-ci yer uğrunda oyun
Çimərlik Arenası

12:00. Badminton
Final
Bakı İdman Zalı

13:00. Voleybol
Kişilər, final
Bakı Kristal Zalı

13:00. Çimərlik futbolu
5-ci yer uğrunda oyun
Çimərlik Arenası

14:30. Çimərlik futbolu
3-cü yer uğrunda oyun
Çimərlik Arenası

15:00. BMX velosiped idmanı
Final
BMX Veloparkı

16:00. Çimərlik futbolu
Final
Çimərlik Arenası

20:15. Bağlanış mərasimi
Bakı Olimpiya stadionu


Teqlər:  



Xəbər lenti