İrəvanda polislə etirazçılar arasında qarşıdurma – CANLI YAYIM

 İrəvanda polislə etirazçılar arasında qarşıdurma – CANLI YAYIM
  29 İyun 2015    Oxunub:7266
Ermənistanın paytaxtı İrəvanda elektrik enerjisinin qiymətinin artırılmasına qarşı keçirilən etiraz aksiyaları davam edir.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, nümayişçilər Barqamyan prospektini tərk etməkdən imtina edirlər.

Erməni polisi paytaxt İrəvanın mərkəzində etirazçıların barrikada kimi istifadə etdiyi zibil qutularını ərazidən yığışdırmağa çalışır. Lakin hüquq-mühafizə orqanları əməkdaşları zibil konteynerlərini etirazçılardan ala bilmirlər. Etirazçılar zibil qutularının üzərinə çıxaraq onları polislərə təhvil vermək imtina edirlər.

Ötən gecə Barqamyan prospektində etirazçılarla hüquq mühafizə orqanları əməkdaşları arasında insidentlər yaşanıb.

Artıq elektrik enerjisi tariflərinin bahalaşması ilə bağlı keçirilən etiraz aksiyasına Ermənistanın bir çox şəhər və cəmiyyətləri də qoşulub.

Hazırda aksiyaların keçirildiyi İrəvanın Baqramyan prospektinə əlavə təhlükəsizlik qüvvələri cəlb olunub. Polislər dəyənək və alüminium qalxanlarla silahlanıblar. Etirazçıların toplaşdığı ərazilərdə küçə işıqlandırılması söndürülüb.

Qeyd edək ki, iyunun 22-i axşam saatlarından etibarən İrəvanda minlərlə sakin Serj Sarkisyanın iqamətgahı yerləşən Baqramyan prospektini bağlayıblar.



Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti