Ruslar ermənilərdən imtina etdi - şirkət satılır
AzVision.az Rusiyanın “Komersant” qəzetinə istinadən xəbər verir ki, holdinq artıq bu istiqamətdə danışıqlara başlayıb.
Qəzet yazır ki, Rusiya holdinqi “Taşir” qrupunun rəhbəri Samvel Karapetyan da daxil olmaqla, bir sıra biznesmenlərlə danışıqlar aparıb.
Nəşr vurğulayıb ki, şirkətin satışı ilə bağlı problemlər ayrana bilər: “EEŞ-in külli-miqdarda borcu var, etirazçılar isə hökumətin şirkətin borclarını büdcədən ödəməməsini tələb edirlər.
“Taşir” qrupun nümayəndəsi isə şirkətin EEŞ-i almadığını bildirib: “Əgər satış haqqında elan olsa, onda artıq hər bir təşkilat şərtləri araşdıraraq böyük borcu olan şirkətin əldə etməyin nə qədər sərfəli ola biləcəyini araşdıra bilər”.
Qeyd edək ki, iyunun 22-i axşam saatlarından etibarən İrəvanda minlərlə sakin Serj Sarkisyanın iqamətgahı yerləşən Baqramyan prospektini bağlayıblar.
Artıq elektrik enerjisi tariflərinin bahalaşması ilə bağlı keçirilən etiraz aksiyasına Ermənistanın bir çox şəhər və cəmiyyətləri də qoşulub.
Hazırda aksiyaların keçirildiyi İrəvanın Baqramyan prospektinə əlavə təhlükəsizlik qüvvələri cəlb olunub. Polislər dəyənək və alüminium qalxanlarla silahlanıblar. Etirazçıların toplaşdığı ərazilərdə küçə işıqlandırılması söndürülüb.
Eldar Tanrıverdiyev
Azvision.az