ABŞ həşəratların hücumuna məruz qalıb

ABŞ həşəratların hücumuna məruz qalıb
  04 İyun 2013    Oxunub:1325
Onların səsi hətta təyyarənin uçarkən yaydığı gürultudan belə yüksəkdir.
ABŞ-ın şimal-şərq ştatlarında cırcıramaların torpaq altında 17 ildən artıq qalan sürfələri üzə çıxıb. Milyonlarla gəmirici ştatın sakinlərinin yuxusunu ərşə çəkib.

Məsələ burasındadır ki, bu cırcıramaların səsi hətta təyyarənin uçarkən yaydığı gürultunu belə batıra bilir. Həyatları üçün heç bir təhlükə olmasa da, amerikalılar hələ iki həftə də təbiətin bu canlılarına dözməli olacaqlar. Çünki cırcıramaların ömrü məhz iki həftədir.

AzVision.az


Teqlər:  





Xəbər lenti