Vaqonlar relsdən çıxaraq platformaya aşdı - Video

Vaqonlar relsdən çıxaraq platformaya aşdı - Video
  29 İyun 2015    Oxunub:2954
Hindistanın Mumbai şəhərində dəmiryolu stansiyasında insident baş verib.
AzVision.az xəbər verir ki, sürət həddini tənzimləyə bilməyən sürücü vaxtında qatarı saxlaya bilməyib. Nəticədə vaqonlar relsdən çıxaraq platformaya aşıb.

Qəza nəticəsində göyə qalxan vaqonlardan sərnişinlər özünü atmağa başlayıb.

İnsident nəticəsində 6 nəfər ağır yaralanıb. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Dəmir yolu idarəsinin yaydığı açıqlamada deyilir ki, həmin xətt üzrə hərəkət edən qatarların yolu 3 saatlıq təmirə bağlanıb. Lakin bununla bağlı dispetçerlər sürücülərə məlumat verməyib.



AzVision.az


Teqlər:  





Xəbər lenti