Almanlar öz medialarına inanmırlar - `Die Zeit`

Almanlar öz medialarına inanmırlar - `Die Zeit`
  29 İyun 2015    Oxunub:2779
Almaniyanın „Die Zeit Online“ qəzeti məlumat verir ki, alman vətəndaşlarının böyük qismi ölkədəki mediya vasitələrinə, xəbər saytlarına, eləcə də xəbər agentliklərinə güvənmirlər.

Vətəndaşların mediaya inamsızlığının başlıca səbəbi alman KİV-in uzun zamandır müharibə təbliğatı aparmasıdır. İnamsızlıq yaratmış mediya vasitələri arasında nüfuzlu ARD, ZDF, Spiegel, Sprinter, Zeit, TAZ və N24 kimi alman mediyalarının adı çəkilir və sözügedən xəbər və informasiya vasitələri „yalan danışmaq“da ittiham olunur.

Digər faktorlar da alman mediyasına qarşı olan inamı çox pis zədələyib, məsələn: xəbər hazırlanarkən redaktorlar tərəfindən başlığın təhrif olunması. ARD-nin müxbiri Golineh Atain Ukrayna münaqişəsindən danışarkən tez-tez müharibə təbliğatı aparır.

Bütün bu tənqid və narazçılıqların hamısı internetdə yayımlanan informasiyalarda istifadəçilər tərəfindən rəylərdə qeyd olunur, çünki istifadəçi burda fikrini aşkar arqumentə dayanaraq bildirə bilirlər. Ümumiyyətlə, alman oxucusunun əsas şikayətləri sırasına xəbər başlığının doğru-düzgün ifadə olunmaması, aparıcıların müharibəyə çağırış mahiyyətli çıxışları, bəzi jurnalistlərin siyasi qızışdırma rolunun oynaması Almaniya vətəndaşlarında mediyaya qarşı ikrah hissi yaradıb.

Fərrux Həsənov
AzVision.az





Teqlər:  





Xəbər lenti