Elçin Quliyev vətəndaşları qəbul edəcək

Elçin Quliyev vətəndaşları qəbul edəcək
  29 İyun 2015    Oxunub:3750
İyul ayının 9-da Xaçmaz şəhərində Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev tərəfindən Quba, Qusar, Xaçmaz və Şabran rayon sakinlərinin qəbulu keçiriləcək.
Xidmətin mətbuat mərkəzindən AzVision.az-a verilən məlumata görə, qəbulda iştirak etmək istəyənlər onları maraqlandıran sualları iyul ayının 7-dək DSX-nin www.dsx.gov.az adlı rəsmi saytında yerləşdirməlidirlər.

Qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-69 nömrəli telefonlarla əlaqə saxlanılmalı və ya Xudat şəhərində yerləşən Xudat Sərhəd Dəstəsinə müraciət edilməlidir.


Teqlər:



Xəbər lenti