Azad Rəhimov: “Bir manat da artıq xərcləmədik”

Azad Rəhimov: “Bir manat da artıq xərcləmədik”
  29 İyun 2015    Oxunub:5011
“Avropa Oyunlarının açılış və bağlanış mərasimi üçün büdcədə 100 milyon manat nəzərdə tutulmuşdu”

AzVision.az xəbər verir ki, bunu Gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir qeyd edib ki, bu iş bir neçə mərhələdə formalaşır: “Bu məsələ ilə bağlı hesablama aparılır. Gələn həftə nəticələr açıqlanacaq. Düşünürəm ki, bunu 100 milyondan aşağı rəqəmə çıxardacağıq. 960 milyon manat Avropa oyunlarının büdcəsi idi. O büdcə müxtəlif istiqamətlərə xərclənib. Vəsait əsasən açılış, bağlanış mərasimi, işçilərin əmək haqları, İT texnologiyaları, müxtəlif idman qurğularının altında müvəqqəti qurumlara xərclənib. Büdcədən bir manat da kənara çıxmamışıq.

Manatın devalvasiyasına baxmayaraq, xaricdən gətirilən malların alınmasına 134 milyon çatmamışdı. Biz bu pulu dövlətdən istəmədik. Biz orada olan xərclərimizi azaldıb, bunu qarşıladıq və büdcədən kənara çıxmadıq”.

Nazir qeyd edib ki, bütün Avropanın gözü Bakıdadır, bu şansdan bir sıra təşkilatlar istifadə etmək istəyirdilər ki, ətrafda olanları göstərsinlər. Biz bunu qoymadıq.

A.Rəhimovun sözlərinə görə, ötən həftə Avropanın populyar 5 haştaqından biri də #baku2015 olub.

Gültəkin ƏLƏSGƏR


Teqlər:  



Xəbər lenti