İlham Əliyev iki naziri təltif etdi

İlham Əliyev iki naziri təltif etdi
  29 İyun 2015    Oxunub:6676
Azərbaycan prezidenti İlham Əliyev I Avropa Oyunları qaliblərinin və Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az-ın məlumatına görə, təltif olunanlar arasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov və gənclər və idman naziri Azad Rəhimov da var.

K. Heydərov Azərbaycan prezidentinin sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, A. Rəhimov isə "Şöhrət" ordeni ilə təltif olunub.


Teqlər:  



Xəbər lenti