Prezident Fazil Məmmədova `Şöhrət` ordeni verdi

Prezident Fazil Məmmədova `Şöhrət` ordeni verdi
  29 İyun 2015    Oxunub:7617
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə I Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə Azərbaycan Güləş Federasiyasının Prezidenti Fazil Əsəd oğlu Məmmədov "Şöhrət" ordeni ilə təltif edilib.
AzVision.az xəbər verir ki, bundan öncə fövqəladə hallar naziri Kəmaləddin Heydərov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, gənclər və idman naziri Azad Rəhimov isə "Şöhrət" ordeni ilə təltif olunub.


Teqlər:  



Xəbər lenti