Rusiyaya növbəti ağır zərbə

Rusiyaya növbəti ağır zərbə
  30 İyun 2015    Oxunub:3047
Kanada hökuməti Rusiyadan olan 14 hüquqi və 3 fiziki şəxsə qarşı əlavə sanksiyalar tətbiq edib.
Bu barədə ölkənin baş naziri Stefan Harperin bəyanat verib. Bəyanatda bildirilir ki, əlavə sanksiyalar Ukraynadakı vəziyyətlə bağlıdır.

Sanksiyaların tətbiq edildiyi hüquqi şəxslər “Qazprom”, “Surqutneft”, “Transneft” və “Marshall Capital Fund” fondudur. Siyahıya, həmçinin Avrasiya Gənclər İttifaqı, “Sirius” ASC, “Tula Silah İstehsalı Zavodu” ASC, “Birləşmiş Aviatikinti Korporasiyası” ASC, “Ximkompozit” şirkəti, “Oboronprom” müdafiə sənayesi kompleksi və digər iri şirkətlər daxil edilib.


Teqlər:





Xəbər lenti