Rusiya və ABŞ İŞİD-ə qarşı

Rusiya və ABŞ İŞİD-ə qarşı
  30 İyun 2015    Oxunub:2122
Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri bu gün Avstriyanın paytaxtı Vyanada danışıqlar aparacaq.
AzVision.az “TASS” agentliyinə istinadən xəbər verir ki, görüşdə əsas müzakirə mövzusu Yaxın Şərqdə İraq və şam İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı birgə mübarizə olacaq.

Lavrov və Kerri hər iki ölkə başçısı – Vladimir Putin və Barak Obamanın tapşırığı ilə görüşəcək.

Qeyd edək ki, Rusiya XİN rəhbəri iyunun 29-u Suriyanın xarici işlər naziri Valid Müəllimlə görüşüb. Görüşdə İŞİD terrorizminə qarşı mübarizə əsas müzakirə məsələsi olub.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti