“Azərbaycan Olimpiada - 2024-ə layiqli namizəddir” - Savelyev

“Azərbaycan Olimpiada - 2024-ə layiqli namizəddir” - Savelyev
  30 İyun 2015    Oxunub:2516
“Azərbaycan Olimpiada-2024-ün keçirilməsinə layiqli namizəddir”. AzVision.az xəbər verir ki, bunu Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev deyib. Onun sözlərinə görə, Bakı Olimpiadanın keçirilmə hüququ üçün mübarizə aparmaq istəsə Rusiya bu qərarı hər vəclə dəstəkləyəcək.

O, qeyd edib ki, Azərbaycan Bakı I Avropa Oyunlarından sonra Olimpiadanın yükünü daşıya biləcəyini göstərdi:

“Azərbaycanan bütün Avropa üçün möhtəşəm yarış təşkil etdi və həqiqətən də istəyinə nail oldu. Bu unudulmaz və əla idi. Azərbaycan hələ 2024-cü ilə qədər çox təcrübə yığacaq. Çünki gələn il Azərbaycan 42-ci Şahmat Olimpiadasını və “Formula - 1” üzrə Avropa Qran pri yarışlarını qəbul edəcək. 2017-ci ildə İslam Oyunları və 2020-ci ildə futbol üzrə Avropanın Çempionatı Azərbaycanda olacaq”.

İlkin Nəcəfzadə


Teqlər:  





Xəbər lenti