Azərbaycan Rusiyada kənd təsərrüfatı mərkəzləri yaradır
Nazirin sözlərinə görə, Rusiyanın müvafiq dövlət qurumları ilə aktiv əməkdaşlıq əlaqələri qurulub.
“Təzə və emal edilmiş meyvə-tərəvəz məhsulları, üzüm şərabları ilə yanaşı, rusiyalım istehlakçılara heyvandarlıq məhsullarının da geniş çeşidi təqdim ediləcək. İlk növbədə quş əti və yumurtalarının Rusiyaya tədarükünün artırılması nəzərdə tutulur.”, - deyə nazir bildirib.
Heydər Əsədov vurğulayıb ki, kənd təsərrüfatının məhsullarının Rusiyaya tədarükünün artırılması məqsədilə Azərbaycan Moskva, Sankt – Peterburq və bu ölkənin digər regionlarında milli kənd təsərrüfatı mərkəzlərinin yaradılmasını planlaşdırır. Bununla da Azərbaycan uzunmüddətli müqavilələr əsasında Rusiyaya genişmiqyaslı tədarükləri həyata keçirməyi hədələyir.
Eldar Tanrıverdiyev
Azvision.az