`Baku - 2015 Olimpiya Oyunları səviyyəsində idi` - Jukov

`Baku - 2015 Olimpiya Oyunları səviyyəsində idi` - Jukov
  30 İyun 2015    Oxunub:3754
Bakıda keçirilən Avropa Oyunlarının təşkilatı səviyyəsi olduqca yüksək idi, o Olimpiyaların keçirilməsi standartlarına uyğun idi.
AzViosion.az xəbər verir ki, bu barədə “TASS” agentliyinə müsahibəsində Rusiya Olimpiya Komitəsinin prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü Aleksandr Jukov bildirib.

“Oyunların təşkili ən yüksək səviyyədə idi, o, Olimpiya oyunları ilə müqayisə oluna bilər. Bu yarışların necə keçirildiyini nəzərə alsaq, onda mən əminəm ki, dörd il sonra ikinci Avropa Oyunlarının keçirmək istəyən ölkələr tapılacaq”, - deyə Jukov qeyd edib.

Azərbaycan millisi ilk dəfə keçirilən Avropa Oyunlarında çıxışını başa vurub.

Qeyd edək ki, 17 gün (12 – 18 iyun) ərzində 20 idman növü üzrə davam edən yarış həm təşkilatçılıq, həm də idmançılarımızın çıxışı baxımından möhtəşəm uğurla nəticələnib.

Belə ki, Azərbaycan tarixində ilk dəfə belə mötəbər turnirə ev sahibliyi edib. Ölkəmizə “köhnə qitə”nin 50 ölkəsindən 6 mindən çox idmançı, o cümlədən 10 minə yaxın nümayəndə heyəti təşrif buyurub. Onların içərisində işğalçı ölkə Ermənistan da olmaqla, hər biri ölkəmizdə xoş təəssüratlar qazandığını əminliklə söyləmək mümkündü.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti