Rusiya Sarkisyanı devirmək istəyir - ŞƏRH

Rusiya Sarkisyanı devirmək istəyir - ŞƏRH
  30 İyun 2015    Oxunub:4820
“Qərbin Ermənistanda manevr etmə imkanları çox zəifdir. Ona görə də Ermənistanda baş verən etirazlar xalqın daxili narazılığından irəli gəlir və burada Rusiyanın barmağı var”.

Bu fikirləri AzVision.az-a politoloq Qabil Hüseynli Ermənistanda günlərdir davam edən etiraz aksiyalarını şərh edərkən deyib.

Politoloq bildirib ki, Ermənistanda mitinq edənlərin məqsədi prezident Serj Sarkisyan və “Qarabağ klanını” devirməkdir: “Ancaq, onların mitinqi dayandırmaq barədə qərarı müxtəlif fikirlərə yol açır.

Birinci, bu mitinqlər Serj Sarkisyana “qulaq burması” vermək üçün Rusiyanın bir oyunu və ya gedişi idi. Çünki, Dağlıq Qarabağ probleminin tənzimlənməsində Rusiya təşəbbüsü ələ alıb.

Yəni, Rusiya bu məsələnin həllində irəliləyişə nail olmaq istəyir. Buna isə Serj Sarkisyan ciddi müqavimət göstərir. Mitinqlərin dayandırılması ilə bağlı qərar Rusiyanın Serj Sarkisyanı yerində oturtmuş olduğunu göstərir.

İkinci, Rusiya Dağlıq Qarabağla bağlı məsələlərdə Azərbaycanla birlikdə hərəkət edir və ölkəmizlə münasibətlərini xeyli yaxşılaşdırıb. Hətta, 7 rayonun taleyi məsələsini bəzi siyasi şərhçilər həll olunmuş kimi görürlər. Bundan qıcıqlanan Ermənistan əhalisi anti-Rusiya əhval ruhiyyəsində mitinqlər təşkil etdilər. Yəni, Ermənistan sosial problemlər konteksindən Rusiyaya etirazını bildirdi”.

Bununla belə politoloq vurğulayıb ki, Ermənistandakı mitinqlər Serj Sarkisyan iqtidarını xeyli laxlatdı və qorxutdu: “Son hadisələrdən sonra Rusiyanın Serj Sarkisyanı devirmək planları ortaya çıxıb. Bu isə onu qorxudur. Ehtimal ki, Sarkisyan iqtidarı bundan sonra Rusiyanın əmrlərinə daha da müntəzir olacaq”.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti