Prezident General-Qubernatoru təbrik etdi

Prezident General-Qubernatoru təbrik etdi
  30 İyun 2015    Oxunub:2113
Azərbaycan prezidenti İlham Əliyev Kanadanın General-Qubernatoru Zati-aliləri cənab Devid Constona təbrik məktubu ünvanlayıb.
AzVision.az xəbər verir ki, təbrik məktubunda deyilir:

“Hörmətli cənab General-Qubernator, ölkənizin milli bayramı – Kanada günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan-Kanada münasibətlərinin genişlənməsi, qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlığımızın dərinləşməsi istiqamətində bundan sonra da səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kanada xalqına daim sülh və rifah diləyirəm”.


Teqlər:  



Xəbər lenti