`5-ci kalondakılar özlərini biabır etdilər` - Niyaməddin Orduxanlı

`5-ci kalondakılar özlərini biabır etdilər` - Niyaməddin Orduxanlı
  01 İyul 2015    Oxunub:2707
“Məncə, Avropa Oyunları Azərbaycan üçün həm də siyasi mənada böyük əhəmiyyət kəsb edirdi. Biz dövlət olaraq daha çox siyasi dividend götürə bildik. Biz 50 Avropa ölkəsinə və başqa ölkələrə də göstərə bildik ki, Azərbaycan dünyəvi, hüquqi, demokratik bir ölkədir. Erməni lobbisinin uzun illərdir əleyhimizə apardığı kampaniya darmadağın edildi”.

Bu sözləri “Azadinform” İnformasiya Agentliyinə müsahibəsində BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib. O, bildirib ki, radikal müxalifət təmsilçiləri, milli maraqlarımıza qarşı çıxan beynəlxalq təşkilatların, qurumların yanında durublar: “Ancaq ciddi bir iş görə bilmədilər. Radikal siyasi düşərgənin xalq arasında güclü sosial dayaqları yoxdur. Öz ətrafında olan adamların böyük əksəriyyəti bunlardan imtina edib siyasətdən gediblər. Bir adam ki, 25 ildir eyni siyasi mövqeyi bölüşür və indiyə qədər də heç bir uğur əldə etməyib, ondan yaxşı nə gözləmək olar? Bu adamların fikri, düşüncəsi ölkədə sabitliyin pozulmasına yönəlib. Bunu da xalq yaxşı görür. Odur ki, bu qüvvələrə dəstək vermir.

Bəzi beynəlxalq təşkilatların Avropa Oyunları qabağı verdiyi bəyanatlar sadəcə, bir bəhanə rolunu oynayırdı. 2-3 adamın hüququnun pozulması bu təşkilatları qətiyyən maraqlandırmır. Biz bir nəfərin də hüququnun pozulmasının tərəfdarı deyilik. Sadəcə bu təşkilatların necə riyakar siyasət aparmasını qeyd edirik. Yüz milyonlara vətəndaşımızın, nəinki hansısa bir hüququ, adi öz evində yaşam hüququ əlindən alınıb. Niyə bu təşkilatlar bir dəfə də olsun bu hadisələri sadalamadılar? Yalnız Azərbaycanda olan və özlərinin təsiri ilə fəaliyyət göstərən radikal müxalifət və “5-ci kolon” funksiyasını yerinə yetirən 5-10 adamdan başqa heç kim onlara dəstək vermədi. Özlərini biabır etdilər. Onu da deyim ki, bütün bunların əsas səbəbi cənab Prezident İlham Əliyevin apardığı müstəqil siyasətlə bağlıdır”.


Teqlər:



Xəbər lenti