Rəsmi Ankara isə bombardman əmrinin verilib-verilmədiyini barədə heç bir açıqlama verməyib. Hakkari valiliyindən PKK-çıların hərbi bazaya etdiyi hücum və qırıcıların Kandili bombardman etməsi ilə bağlı irəli sürülən iddialarla bağlı açıqlama verilib.
"Hakkarinin Dağlıca bölgəsində 2015-ci il mayın 1-dən etibarən bölücü terror təşkilatının üzvləri müxtəlif vaxtlarda 14 dəfə Türk əsgərlərinə hücum edib. İyunun 17-də isə Dağlıca kəndində minomyot mərmisinin düşməsi nəticəsində bir qız uşağı əl, ayaq və başından yaralanmışdı.
Eynilə iyunun 29 və 30-da terrorçular Dağlıcada minomyot və digər silahlarla hücuma keçiblər. Nəticədə minomyot mərmilərindən biri kəndin ortasına düşüb. Türkiyə Silahlı Qüvvələri terrorçuların hücumuna misli ilə qarşılıq verib. Bundan sonra da vətəndaşlarımızın can və mal itkisinə səbəb ola biləcək terrorçuların fəaliyyətinə qarşı sonuna qədər mübarizə aparılacaq", - deyə valilikdən verilən açıqlamada bildirilir.(ans)