Ermənilər aclıq aksiyası keçirdir

Ermənilər aclıq aksiyası keçirdir
  01 İyul 2015    Oxunub:2929
İrəvanda etiraz aksiyaları davam edir.
Baqramyan prospektində iki nümayişçi bu gündən aclıq aksiyasına başlayıb. Aclıq aksiyasının nə qədər davam edəcəyi barədə hələlik açıqlama verilməyib.

Onların tələbi elektrik enerjisinin qiymətinin bahalaşmasının ləğv edilməsidir. İrəvan polisinin rəis müavini Valeri Osipyan isə bildirib ki, polis hazırda vəziyyətə nəzarət edir.

Xatırladaq ki, Ermənistandakı bu etiraz dalğası iyunun 19-da İrəvanın mərkəzində başlayıb. Buna səbəb isə elektrik enerjisinin qiymətinin artırılmasına dair qərar olub. Mitinq zamanı 235-dən çox iştirakçı tutularaq polis bölməsinə aparılıb, 18 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.(ans)

Qalereya




Teqlər:  





Xəbər lenti