İnternetdə təhqir rəsmən cinayət oldu

İnternetdə təhqir rəsmən cinayət oldu
  05 İyun 2013    Oxunub:1131
Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu rəsmi mətbuatda dərc olunub və qüvvəyə minib.

Qanuna görə, Milli Məclis Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq Cinayət Məcəlləsində bəzi dəyişikliklər edib. Həmin dəyişikliklərə əsasən:

1) 147.1-ci maddədə “və ya kütləvi informasiya vasitəsində” sözləri, “kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında” sözləri ilə əvəzlənir.

2) 148-ci maddədə “və ya kütləvi informasiya vasitəsində” sözləri “, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında” sözləri ilə əvəzlənir.

Beləliklə, bugündən internetdə hamının oxuya bilcəyi şəkildə təhqir artıq rəsmən cinayətdir.


Teqlər:  





Xəbər lenti