Yaxın Şərqdə alman silahı çoxalır

Yaxın Şərqdə alman silahı çoxalır
  01 İyul 2015    Oxunub:2918
Almaniyanın Müdafiə Naziri Ursula fon der Leyen kürdlərin daha çox silahlanmasına çalışır. İŞİD-ə qarşı savaşan kürd peşmərgə ordusunu Almaniya hər cürə silah-sursatla təchiz edir. Bu baradə peşmərgələr özləri “Spiegel Online”yə məlumat veriblər.

Hələ 2014-cü ildə Almaniya Şimali İraqa Kürdlər üçün hücum silahları və tankvuran raktetlər göndərmişdi. Bu dəfə isə kürd tərəfi daha çox alman silahlarına, ələlxüsus güllə və hücum tipli silahlara ehtiyyac olduğunu bildirib.

AzVision.az-ın məlumatına görə, Almaniyanın müfadiə naziri “Spiegel Online”yə verdiyi açıqlamasında bildirib ki, müdafiə nazirliyi hansı silahları göndərəcəyini müəyyənləşdirməkdədir. Ümumiyyətlə isə Almaniya kürdlərə hərbi yardım etmək qərarına gəlib. Bu zamana kimi göstərilmiş hərbi təchizata baxdığımızda 16.000 hücum tipli silah, güllə, mərmi, tankvuran, raket və əl qumabaralarının peşmərgəyə verildiyinin şahidi oluruq.

Federal hökumət Ərbilin hərbi yarımla bağlı müraciətinə də olduqca müsbət cavab verib. Belə ki, Almaniya tam rəsmi olaraq İŞİD-ə qarşı savaşmaq da olan kürd qüvvələrinə hər çürə yarımın edilməsindən ötrü əlindən gələn edir.

Almaniya tərəfi humanitar yardımlar nəticəsində güclənmək də olan kürd tərəfinin İraqın ərazi bütövlüyü üçün böyük təhlükə törədəcəyini də çox gözəl dərk etməyə başlayıb. Bütün bunlarla birgə Almaniya təkcə silah yarıdımı ilə kifayətlənməyərək, Peşmərgəyə təlim keçəcək 100 nəfər alman hərbiçilərindən ibarə mütəxəssislər də göndərib.

`Die Welt` qəzeti isə məlumat verir ki, Almaniya İsrailə “Dolphin” adlı sualtı qayıqlar satamağa razılıq verib. Bu dəfə satılan “Dolphin” adlı sualtı qayıq 2012-ci ildə Almaniyanın İsrailə satdığı qayığın daha böyük və modernizasiya edilmiş formasıdır. Hətta nüvə başlıqları daşımağa da qadirdir.

İsrailə satılan sualtı qayıqların ümumi sayı 6 olmalıdır.

Ümumiyyətlə, İsrail hərbisinin 1/3-i alman sənayesinə məxsus silahlarla təchiz olunub.

Xatırladaq ki, Almaniya İsrail, Hindistan, Səudiyyə Ərəbistanı və Şimali Afrika ölkələrinə hər il milyard avro dəyərində silah satır.

Fərrux Həsənov
AzVision.az



Teqlər:





Xəbər lenti