Yunanıstan defoltun astanasında

Yunanıstan defoltun astanasında
  01 İyul 2015    Oxunub:3637
Yunanıstan hökumətinin Beynəlxalq Valyuta Fonduna €1,5 milyard borcunu qaytarmaq vaxtı bu gecə bitib. Beləliklə, BVF bəyan edib ki, inkişaf etmiş ölkələrin arasında ilk dəfə Yunanıstan defolt elan oluna bilər.

Buna qədər isə Avropa Sabitləşdirmə Fondu Yunanıstana 2012-ci ildə verdiyi kreditlərin defoltdan qabaq qaytarılmasını istəmişdi.

Afina BVF-dən borcunu ödəmək üçün son müddəti noyabra keçirməyi xahiş edib. Avropa Mərkəzi Bankına isə müraciət edib ki, yunan banklarına əlavə kreditlər versin.

Bu gün Avropa ölkələrinin maliyyə nazirlərinin Yunanıstanla bağlı telekonfransı keçirilməlidir. Ölkənin maliyyələşməsinin davam etməsi üçün beynəxalq kreditorlar Afinanın qarşısında ağır şərtlər qoyurlar. Buna hansı cavabın verilməsilə bağlı iyulun 5-də ölkədə referendum keçiriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti