Azərbaycanlı biznesmenin oğlunu qaçıranlar tutuldu - Video

Azərbaycanlı biznesmenin oğlunu qaçıranlar tutuldu - Video
  01 İyul 2015    Oxunub:4016
Rusiya Daxili İşlər Nazirlyinin cinayət axtarış idarəsinin əməkdaşları və xüsusi təyinatlı "Rıs" bölməsinin döyüşçüləri Moskva vilayətinin Solneçnoqorsk rayonunda 3 Azərbaycan vətəndaşını həbs ediblər.
AzVision.az xəbər verir ki, 29, 46 və 48 yaşlarında olan cinayətkar dəstə Moskvada 26 yaşlı əslən azərbaycanlı olan biznesmeni oğurlayaraq onun atasından 10 mln dollar tələb ediblər. Keçirilən əməliyyat nəticəsində girov azad olunub.

Lakin o, bildirib ki, cinayətkarlar mütəmadi olaraq onu döyüb və tələb olunan pulun verilməyəcəyi təqdirdə onu öldürəcəyini deyiblər.

Cinayətkar dəstənin evində aparılan axtarışlar zamanı PM markalı tapanca və yeddi patron aşkar edilərək götürülüb. Hazırda həbs olunan şəxslərin başqa cinayətlərdə əllərinin olub-olmaması aydınlaşdırılır.




Teqlər:





Xəbər lenti