Bakıda intihara cəhd

Bakıda intihara cəhd
  01 İyul 2015    Oxunub:2260
İntihara cəhd edən şəxs xilas edilib.
AzVision.az FHN-nin rəsmi saytına istiandən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər intihar etmək niyyətini nümayiş etdirib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq intihara cəhdin qarşısı alınıb.

Əməliyyat saat 12:21-də başa çatıb.

AzVision.az


Teqlər:



Xəbər lenti