Serbiyalı jurnalist Azərbaycandan üzr istədi

Serbiyalı jurnalist Azərbaycandan üzr istədi
  01 İyul 2015    Oxunub:3458
Bu ilin mart ayında Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş və nəticədə adı Xarici İşlər Nazirliyi (XİN) tərəfindən tərtib olunan “Arzuolunmaz şəxslər siyahısı”na daxil edilmiş Serbiya vətəndaşı, jurnalist Slobodan Samarciya məktubla müraciət edərək adının sözügedən siyahıdan çıxarılmasını xahiş edib.
Bu barədə AzVision.az-a Azərbaycan XİN-in mətbuat xidmətindən bildirilib.

O, məktubunda Azərbaycan Respublikasının müvafiq icazəsi olmadan etdiyi səfərə görə təəssüfünü və üzrxahlığını ifadə edərək, bu səfərin Ermənistan tərəfinin təhriki ilə baş tutduğunu bildirib və bir də təkrarlanmayacağını vurğulayıb.

S.Samaraciya məktubunda Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətini ifadə edib.
S.Samaraciyanın müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının “arzuolunmaz şəxslər siyahısı”ndan çıxarılması barəsində qərar qəbul edilib.


Teqlər:





Xəbər lenti