İsmət Yılmaz parlament sədri seçildi- Yenilənib

İsmət Yılmaz parlament sədri seçildi- Yenilənib
  02 İyul 2015    Oxunub:2774
Türkiyə Böyük Millət Məclisi (TBMM) sədrinin seçilməsi üçün səsvermənin 3-cü turu keçirilib.
AKP namizədi İsmət Yılmaz 259, CHP namizədi Dəniz Baykal 129, MHP namizədi Ekmələddin İhsanoğlu 80, HDP namizədi Dengir Mir Merhmet Fırat isə 78 səs alıb.

Beləliklə, İ. Yılmaz və D. Baykal 4-cü tura keçiblər. Son turda İ. Yılmazın qalib gələcəyi proqnozlaşdırılır, çünki MHP namizədlərdən heç birinə səs verməyəcəyini açıqlayıb. Bu halda AKP-nin öz səsləri sədri seçmək üçün kifayət edəcək.
(APA)
...

Türkiyə Böyük Millət Məclisi (TBMM) sədrinin seçilməsi üçün səsvermənin 4-cü turu keçirilib.

258 səs toplayan AKP namizədi İsmət Yılmaz parlament sədri seçilib.CHP namizədi Deniz Baykal isə 189 səs toplayıb. Seçkidə 547 deputat iştirak edib. MHP-dən olan deputatlar bitərəf qalıblar.


Teqlər:  





Xəbər lenti