Sürücü həyatını itirdi

Sürücü həyatını itirdi
  05 İyun 2013    Oxunub:1299
Bakı-Qazax yolunda daha bir avtoqəza
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Bakı-Qazax yolunun 366-cı kilometrliyində, Göygöl rayonu ərazisində “VAZ” markalı iki minik avtomobili toqquşub.Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerinə cəlb olunublar. Sürücülərdən biri xəsarət alıb, digəri - 1991-ci il təvəllüdlü Fuad Məmmədov hadisə yerində ölüb. Xilasedicilər F.Məmmədovun cəsədini deformasiyaya uğramış avtomobildən çıxarıb. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti